Prezident Xırdalanın su təchizatı ilə bağlı Kredit Sazişini təsdiq etdi

media-hightechnic-468x90

1387868785_21425Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” 2014-cü il iyulun 3-də Bakı şəhərində imzalanmış Kredit Sazişi təsdiq edilsin”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600