!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən İrana MESAJ: "Azərbaycan səfirliyinə hücum edən terrorçunu buna görə qoruyurlar"

!Reklam – Yazi

“Prezident İlham Əliyev jurnalistin İranla bağlı sualına verdiyi detallı cavabda iki ölkə arasındakı münasibətlərdə gərginliyin səbəbini bənd-bənd izah etdi”.

Yenicag.az xəbər verir ki, bunu prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı İranla bağlı səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, dövlət başçısının cavabından aydın oldu ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi Fransa ilə yanaşı, İranı da narahat edib:

“Prezidentin təbirincə desək, necə ki Azərbaycanın qələbəsini Fransa öz məğlubiyyəti kimi qəbul edib, eyni sözləri İrana aid etmək olar. İlham Əliyevin İranın Ermənistan üzərindən Qarabağ separatçılarına daşıdığı yanacaq barədə söylədikləri bunun sübutudur. Dövlət başçısının “əyalət mollası” adlandırdığı Ərdəbilin cümə imamı Seyid Amulinin ilk dəfə deyil ki, onu və azərbaycanlıları təhqir etdiyini bildirdi. İlham Əliyev bu barədə danışarkən ritorik sual səsləndirdi: “Onu həmin vəzifəyə təyin edən şəxs – dövlət başçısı İranın ali dini lideri nəzərdə tutub – əyalət mollasının təhqiramiz fikirlərin barədə nə düşünür?” Başqa sözlə, dövlət başçısı ona işarə edib ki, əyalət mollası özbaşına danışmır, onu danışdıranlar var. Təəssüf ki, Amuli kimiləri danışdıranlar iki ölkə arasında normal münasibətlərinin qurulmasını istəmirlər, elə Azərbaycan səfirliyinə hücum edən terrorçunu məhz buna görə qoruyurlar”.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv