Prezidentdən sürücüləri sevindirəcək xəbər

media-hightechnic-468x90

jjjjjjjjMayın 26-da prezident İlham Əliyev «İnzibati xətalar məcəlləsi»nə dəyişiklikləri təsdiqləyib.

 Yeni Məcəlləyə görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib.

 Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb.

 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.

 Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, – yeni Məcəllə bunu tələb edir.

 Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 %-dən 1%-ə endirilir.

 Eyni zamanda cəriməni ödəyərkən 10%-lik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600