!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidenti kimlər təbrik etdi?

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbriklər gəlməyə davam edir.

Yenicag.az xəbər verir ki, Monqolustan Prezidenti Xaltmaaqiyn İlham Əliyevə ünvanlandığı məktubda yenidən prezident seçilməsi münasibətilə təbrik edib:  “Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını və ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri və güclü liderliyinizin nəticələrini bir daha sübut edir.

Monqolustan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini və bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var”.

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro  da öz növbəsində İlham Əliyevə təbriklərini çatdırıb: “Aprelin 11-də prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Respublikasının qardaş xalqına Venesuela xalqı və hökuməti adından ən səmimi təbriklərimi çatdırıram”.

Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. “Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “Lukoil” şirkəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Son illər Azərbaycan dövlətçiliyin, vətəndaş cəmiyyətinin və diversifikasiya olunmuş iqtisadiyyatın möhkəmləndirilməsi yolunda böyük nailiyyətlər əldə edib. Sizin rəhbərliyiniz ilə respublikada davamlı, dinamik sosial-iqtisadi inkişafa yönəlmiş fəal islahatlar davam etdirilir”.

 

 

www.yenicag.az

1843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv