Prezidenti təbrik etdilər

media-hightechnic-468x90

ilham_eliyev_heyderelyevfondu9Polşa prezidenti Bronislav Komorovski Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

B. Komorovskinin məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Regionda və Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən Polşa-Azərbaycan əməkdaşlığının uğurlu inkişaf perspektivlərinə çox şadam. Polşa Avropa İttifaqının Azərbaycan ilə siyasi münasibətlərinin formalaşmasında maraqlıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini diqqətlə müşahidə edirik. Yeni əməkdaşlıq müqaviləsinin qəbul edilməsinin Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində mühüm mərhələ olacağına əminəm.

Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək, dostluq münasibətləri getdikcə dərinləşəcək.

Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm”.

İ. Əliyevi 28 May – Respublika Günü münasibəti ilə həmçinin Serbiya prezidenti Tomislav Nikoliç, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Estoniya prezidenti Tomas Hendrik İlves, Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj, Nepalın prezidenti Ram Baran Yadav, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İraq prezidenti Fuad Məsum və Kot d`İvuar prezidenti Alasane Ouattara təbrik ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600