Prezidentin avtomobilinə narkotik yerləşdirməkdə ittiham olunan general işdən çıxarıldı - Kolumbiya
Kolumbiyada prezidentin avtomobilinə narkotik yerləşdirmək iddiası: general işdən çıxarıldı.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kolumbiya Prezidenti Qustavo Petro polis generalının ABŞ Prezidenti Donald Trampla görüşü pozmaq məqsədilə prezidentin avtomobilinə narkotik yerləşdirməyə cəhd etdiyini iddia edib və onu vəzifədən uzaqlaşdırıb. Lakin Petro konkret sübut təqdim etməyib.
Vəzifədən uzaqlaşdırılan general Edvin Masleider Urreqo Pedraza ittihamları rədd edərək, özünü müdafiə etmək imkanı verilmədiyini bildirib və günahsızlığını sübut etməyə hazır olduğunu deyib.
Nəsimi Ələsgərli













