Prezidentin keçmiş kürəkəni özünü asdı
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriyanın paytaxtı Vyana şəhərindəki həbsxanada özünə qəsd edib. Bu barədə Avstriya məhkəməsinin mətbuat xidməti açıqlama yayıb.
“O özünə qəsd edib”, – deyə məhkəmənin məlumatında deyilir.
Rahat Əliyev Qazaxıstanda 2 şirkət menecerinin qətlini sifariş verməkdə ittiham olunduğu üçün siyasi sığınacaq aldığı Avstriyada həbs olunmuşdu.
Qazaxıstan hüquq-mühafizə orqanları Rahat Əliyevi 2006-cı il fevralın 11-də müxalif siytasətçi Altınbek Sarsınbayev, onun mühafizəçisi və sürücüsü ilə birlikdə Almaatı şəhərində qətlini sifariş verməkdə də ittiham edirlər.
52 yaşlı Rahat Əliyev Qazaxıstan prezuidenti Nursultan Nazarbayevin böyük qızı Dariqə Nazarbayevlə evli olub. Onların Nurəli və Aysultan adlı oğulları, Venera adlı qızları var(modern).