Daşnaklar Paşinyanın oğlunu döydülər - Yeniləndi

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ötən gün İrəvanda döyülüb.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, hadisənin təfərrüatını açıqlamayıb, sadəcə bildirib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.

Simonyan parlamentdə “Daşnaksütyun” partiyasının üzvü, “Hayastan” blokunun deputatı Mger Saakyanın dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyanı döyməsini, sonra isə İrəvanın mərkəzində “Daşnaksütyun” partiyasının digər nümayəndəsinin onu təhqir etməsini də xatırladıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin spikeri Alen Simonyan açıqlayıb.

O, hadisənin məqsədyönlü təxribat olduğunu iddia edib. Bununla belə, insidentin detalları açıqlanmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600