Prezidentin təltif etdiyi Əliyev kimdir?

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsilə bağlı sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Tacikistanın Kurqan-Tübə şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

1979-1991-ci illərdə xəstəxana və onkoloji mərkəzlərdə həkim işləyib. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək, burada mütəxəssis kimi fəaliyyətə başlayıb.

Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülüb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

150-dən artıq elmi işin, iki monoqrafiyanın, bir sıra səmərələşdirici təkliflərin müəllifidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa