Prezidentin yeni vəzifə verdiyi Xələf Xələfov kimdir? - DOSYE

media-hightechnic-468x90

Prezident İlham Əliyev Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin digər sərəncamı ilə Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

“Yeni Sabah” Xələf Xələfovun bioqrafiyasını təqdim edir:

Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib.

O, 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor – bölmə rəisi olub.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub. 1997-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb.

2018-ci ilin dekabr ayından 3 may 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində işləyib.

3 may 2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunmuşdur. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xarici dillərdən alman və rus dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05