Prezidentin yüksək vəzifə verdiyi Mirzəliyev kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlham Ata oğlu Mirzəliyevi “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.
Yenicag.az xəbər verir ki, İ.Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir.
O, 1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini, 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini, 2005-ci ildən Azəristiliktəchizat ASC-nin sədr müavini vəzifəsində çalışıb.
İ.Mirzəliyev bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən Azəristiliktəchizat ASC-nin sədri vəzifəsini müvvəqəti icra etməkdə idi.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.