Prezidentlər klassik avtomobillərin sərgisində - FOTOLAR

media-hightechnic-468x90

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib.

Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı da maraqlı məlumatlar təqdim olunur.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksessuarlar və nəşrlər də nümayiş etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05