Prezidentlik uğrunda mübarizə-Xorvatiya

media-hightechnic-468x90

87116Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir.

Yenicag qafqazinfo-ya istinadən bildirir ki, dövlət başçısı postu uğrunda hazırkı prezident, Sosial-Demokrat Partiyasının üzvü İvo Yosipoviç və Xorvatiya Demokratiya Birliyi Partiyasının nümayəndəsi, sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviç mübarizə aparırlar. Seçkilərin birinci turunda namizədlərdən heç biri seçicilərin səslərinin 50 faizindən çoxunu toplaya bilməmişdi.

Yerli müşahidəçilərin fikrincə, xanım Kolinda Qrabar-Kitaroviçin qələbə qazanmaq və Xorvatiya tarixində birinci qadın prezident olmaq şansı daha çoxdur.

Xatırladaq ki, bu, 1991-ci ildə müstəqilliyini elan etmiş Xorvatiyanın tarixində altıncı, ölkənin Avropa İttifaqına daxil olmasından sonra isə birinci prezident seçkiləridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600