!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentliyə namizədləri ödənişli təşviqatdan çəkindirən PULSUZLUQ: “Nə büdcə, nə də ki vaxt...”

!Reklam – Yazi

“Biz müxalifət partiyasıyıq, bütün zəruri işlərə pul xərcləmək imkanlarımız geniş deyil”.

Bu fikirləri fevralın 7-də keçiriləcək prezident seçkilərində mübarizə aparan siyasətçilərin vüsət alan seçki kampaniyasında media subyektləri vasitəsilə hələ ki ödənişli əsaslarla təşviqat aparmamalarının səbəblərinə toxunan prezidentliyə namizəd, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, növbədənkənar seçkilərin qəfil təyin olunması bu kampaniyaya hazırlığa da təsirsiz ötüşməyib:

“Həm bölgələrdəki seçicilərlə çoxsaylı görüşlər keçirməyə, həm də efirdə çıxış etməyə vaxt çatdırmaq olmur. Hər bir iqtisadi zona üzrə seçicilərlər görüşümüz təyin edilib. Bəzən gecə yola çıxmaq məcburiyyətində qalırıq. Fiziki baxımdan, çox işi çatdırmaq olmur.

Əgər vəziyət fərqli olsaydı, ödənişli təşviqat üçün qəzet və saytların imkanlarından yararlana bilərdik. Onu da nəzərə alaq ki, biz müxalifət partiyasıyıq, bütün zəruri işlərə pul xərcləmək imkanlarımız geniş deyil. Bölgələrə səfərlərin hər biri ciddi xərc tələb edir. Büdcəmiz və vaxtımız imkan vermədiyi üçün belə bir taktika seçməli olduq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv