!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Problem tək ayaqyolunda deyil, Əmrullayev təhsilin özünü tamamilə batırıb” – ETİRAZ

!Reklam – Yazi

“Cəmiyyət olaraq həmin problemi ictimailəşdirən müəlliməyə dəstək olmalı, onu əzdirməməliyik”.

Bu fikirləri İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu problemini ictimailəşdirən müəllim Leyla Nəcəfquliyevaya qarşı təzyiqləri pisləyən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, təhsil naziri Emin Əmrullayevin fəaliyyəti sanki məqsədli şəkildə bu sahənin məhvinə yönəlib:

“Sözsüz ki, iyirmi birinci əsrdə Azərbaycanda bir məktəbin ayaqyolunun olmaması çox acınacaqlı vəziyyətdir. Təhsilin özünün nə durumda olduğu hamıya məlumdur. Təhsil naziri Emin Əmrullayevin də fəaliyyəti sanki məqsədli şəkildə bu sahənin məhvinə yönəlib. Problem tək ayaqyolunda deyil, Əmrullayev təhsilin özünü tamamilə batırıb.

Onsuz da hansı sahə olursa-olsun, bir daşı qaldıran kimi altından zibil çıxır. Bu qədər yazılır, deyilir, amma yenə faydası yoxdur. Məmurlar bildiklərini edirlər, əhalinin narazılığını artırırlar.

Məktəbdə ayaqyolu problemini ictimailəşdirən müəlliməyə bu cəsarətinə görə təşəkkür düşür. Eşitdiyim qədər, həmin müəllimə bu hərəkətinə görə təzyiqlərlə üzləşib. Cəmiyyət olaraq, o problemi ictimailəşdirən müəlliməyə dəstək olmalı, onu əzdirməməliyik.

Xatırladım ki, cənab Prezident də dəfələrlə bildirib ki, vətəndaşların ölkədəki problemlər haqqında vaxtında məlumat vermələri lazımdır. Lakin bir çox məmurlar problemləri ictimailəşdirən layiqli vətəndaşları məhv etməyə çalışırlar. Buna imkan verməməliyik”.

A.Zeynalov

www.yenicag.az

2864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv