!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Problemli kreditlər elə problem olaraq qalmaqdadır

!Reklam – Yazi

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi bu il aprelin 1-nə 1 590,3 mln. manat təşkil edib. Bu, martın 1-i ilə müqayisədə 2,2% çoxdur. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 8%, son 1 ildə isə 19,9% artıb. Martın sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,2% paya malik olub. Bu nisbət 2016-cı ilin sonunda 9%, ötən il martın sonunda isə 6,7% təşkil edib.

Yenicag.az-a açıqlamasında iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, bankların kredit portfelinin və insanların alıcılıq qabiliyyətinin azalması problemli kreditlərin həcminin faiz nisbətində durmadan artmasına gətirib çıxarır:

“Problemli kreditlərin həcminin artması səbəblərilə bağlı yeni velosiped icad etməyin yeri yoxdur. Vaxtilə insanların sabit və yaxud müəyyən dərəcədə sabit gəlir mənbələri olub. Bir ara banklar da çox aktiv şəkildə vətəndaşları kredit götürməyə cəlb edir, insanları bu istiqamətdə şirnikləndirirdilər. Digər tərəfdən, son 16-17 aydır ki, əhalinin ümumi gəliri də aşağı düşüb. Gəlirin aşağı düşməsi fonunda isə aydın məsələdir ki, insanların kredit ödəmə qabiliyyəti də aşağı düşür. Əhalinin indinin özündə də kreditə tələbatı vardır. Demək olar ki, özünün şəxsi problemlərinin həlli üçün istənilən şəxs kredit götürməyə hazırdır.

Amma məsələ ondadır ki, kreditə tələbat yüksək olsa da, əhalinin kredit ödəmə qabiliyyəti yox dərəcəsindədir. Banklar artıq məişət kreditləri verilməsini xeyli dərəcədə məhdudlaşdırıblar. Bu istiqamətdə şərtlər sərtləşdirilib. Ümumiyyətlə, kredit götürmə şərtləri də ağırlaşıb.

Bununla belə kredit verilmədiyi halda, vaxtı ötmüş kreditlərin ümumi kredit portfelində çəkisi artıbsa, deməli bankların kredit portfeli azalıb. Əvəzində, problemli kreditlərin faizi artıb. Amma güman edirəm ki, bankların kredit verməməsi fonunda problemli kreditlərin həcmi daha artmayacaq, indiki səviyyədə də qalacaq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

1042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv