Prokuror Krım Tatar Məclisinə cinayət işi açdı
Rusiyanın ilhaq etdiyi Krımda prokurorluq Rifat Çubarovun başçılığı ilə Krım Tatar Milli Məclisi haqqında istintaqa başlayıb.
Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Poklonskaya Krım tatarlarını 3 mayda Kırımoğlunun qarşılanması zamanı “qeyri-qanuni kütləvi hərəkətlər” etməkdə günahlandırıb. Krım prokuroru Poklonskaya Çubarov Krım tatarlarının sabitləşməyini təmin etməsə, Krım Tatar Milli Məclisinin bağlanacağını bildirib.
Xatırladaq ki, Krım tatarlarının lideri və Ukrayna millət vəkili Mustafa Əbdülcəmil Krımoğlu Ukraynadan Krıma keçmək istəyərkən Rusiya qüvvələri buna imkan verməmişdi. Nəticədə ciddi reaksiya verən tatarlar sərhəddə etiraza qalxmışdılar(axar.az).