PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir

media-hightechnic-468x90

Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa