Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pul üçün rinqə çıxan 13 yaşlı uşağın dəhşətli ölümü — VİDEO

Taylandda məktəb xərclərini ödəmək üçün rinqə çıxan 13 yaşlı uşaq aldığı zərbədən dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, atası və anası olmayan Anuça Tasako 8 yaşından rinqlərə çıxır. Sonuncu dəfə çıxdığı rinqdə isə beynindən aldığı zərbə ölümünə səbəb olub.

Anuçanın ölümü Taylandı yasa boğub. Ölümdən sonra uşaqların Tayland boksu yarışlarında iştirakının qarşısını alan qanunun qəbul edilməsi tələb edilib. Anuça maska taxmadan rinqə çıxıb və aldığı zərbədən beyin qansızması keçirib.

Tayland boksu ölkənin əsasən kənd ərazilərində geniş yayılıb. İdman və turizm naziri Virasak Kovsurat bildirib ki, parlamentdə 12 yaşından kiçik uşaqlara bu yarışlarda iştirak etməyi qadağan edən qanun layihəsi hazırlanır./Ölkə.az/

www.yenicag.az

5799
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100