Putin Əsədə dünyanın ən sürətli təyyarələrini göndərir

38672Rusiya Suriya rejiminə 6 Mig-31 təyyarəsi göndərib.

Təyyarələr Dəməşqdə hava limanına endirilib.

Qeyd edək ki, bu təyyarələr radarlar vasitəsilə 200 kilometr əraziyə nəzarət edə bilir. Mig-31 təyyarələri dünyada ən sürətlilərdən biri hesab edilir.

Xatırladaq ki, 2007-ci ildə Rusiya Suriyaya 8 Mig-31 təyyarəsi göndərməyi qəbul etmişdi, ancaq İsrailin təzyiqi ilə bu plan baş tutmamışdı.