Putin geri çəkilir
ABŞ rəsmiləri Rusiyanın hərbi qüvvələrinin Ukrayna sərhədindən geri çəkildiyini açıqlayıb.
Adının açıqlanmasını istəməyən Müdafiə Nazirliyi nümayəndəsi “Asoşeyted Press” xəbər agentliyinə bildirib ki, Rusiya-Ukrayna sərhədində təxminən 7 batalyon qalıb. Bütün texnika və silah-sursatın böyük əksəriyyətinin sərhəddən uzaqlaşdırıldığını deyən nazirlik rəsmisi bu prosesin hələ 1 ay əvvəldən başladığını bildirib.
Rusiya rəsmilərinin bu faktı gizlətməsinə səbəb kimi isə Ukraynada baş verəcək hadisələrin gedişatının dəyişə biləcəyi göstərilir.
Xatırladaq ki, ABŞ və digər Qərb dövlətləri rəsmi Moskvanı Ukrayna hökumətinə təzyiq etmək üçün sərhəd bölgələrə hərbi qüvvələri cəmləşdirməkdə günahlandırır. Putin isə ordunun geri çəkiləcəyinə söz versə də, vaxtaşırı hallanan bu söhbətə Şanxaydan açıqlama vermişdi: “Ordumuzu ölkəmizin harasında istəyiriksə, orda da saxlayırıq”.