Putin hərbi itkiləri gizlətdi

media-hightechnic-468x90

81422Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə tabe hərbi qulluqçuların dinc zamanda keçirdiyi əməliyatlar zamanı baş vermiş itkiləri dövlət sirri sayan xüsusi fərman verib.

Yenicag.az xəbər verir ki, Rusiya prezidentinin rəsmi saytına yerləşdirilmiş məlumatda bildirilir.

Fərmanla prezident Putin məxfi məlumatlar sırasına kəşfiyyat xətti ilə konfidensial əsasda əməkdaşlığa cəlb olunan və ya öyrənilən şəxslər haqqında məlumatlar da daxil edilib. Daha öncə isə yalnız əməkdaşlığa cəlb olunan şəxslər haqqında məlumatlar məxfi sayılırdı.

Həmçinin, əvvəllər yalnız müharibə vaxtı hərbi heyətin itkisi dövlət sirri sayılırdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600