Putin Lavrovun müavinini Türkiyəyə səfir təyin etdi
Rusiya Türkiyəyə yeni səfir təyin edib.
Yenicag.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edərək, Türkiyəyə səfir təyin edib.
Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin 27 mart tarixindən Rusiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, Rusiya XİN-də Yaxın Şərq və Şimali Afrika ölkələri ilə əlaqələri kurasiya edib.













