Putin nədən qorxur?
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko hesab edir ki, Rusiya prezidenti Vladimir Putin yeni SSRİ yaratmaq istəyir.
Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Ukraynanın üçüncü prezidentinin fikrincə, Putin iki şeydən – beynəlxalq ictimaiyyətin və öz xalqının reaksiyasından qorxur: “Biz də Putinə təzyiq yollarını tapmalıyıq”.
Onun sözlərinə görə, Putinin məqsədi yeni formada imperiya yaratmaqdır: “Yeni SSRİ, ancaq Rusiya adını daşıyan. Bu, olduqca fanatik bir plandır”.