Putin Olandla görüşdü
Rusiya prezidenti Vladimir Putin Fransa dövlət başçısı Fransua Olandla görüşüb. Görüş Yelisey sarayında baş tutub.
Görüşdə Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Loran Fabius da iştirak edib.
Qeyd edək ki, V. Putin ikinci dünya müharibəsi zamanı ittifaq qoşunlarının alman qüvvələrinə qarşı ikinci cəbhənin açmasının 70 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Fransaya gəlib.