Putin qərarından daşındı

media-hightechnic-468x90

tghuUkraynanın şərqində davam edən anti-terror əməliyyatlarının artması səbəbindən Rusiya Prezidenti Vladimir Putin ordunu Ukrayna sərhədindən geri çəkməklə bağlı qərarından daşınıb.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Nikolay Litvin məlumat verib. Onun sözlərinə görə, Rusiya dövlət başçısının seçkilər ərəfəsi ordunun geri çəkiləcəyi ilə bağlı fikirləri həqiqətə uyğun deyil. Hələ də sərhəd bölgələrində minlərlə rus əsgəri təlimlər keçirir, manevrlər edir:

“NATO-nun da müəyyənləşdiridiyi kimi, sərhəddəki 40 minlik rus kontingentindən olduqca az sayda hərbçi geri çəkdirilib. Hazırda sərhəddə 20-25 min rus əsgəri dislokasiya olub. Krımdakı qoşunları da nəzərə alsaq, bu rəqəm 65 minə çatacaq”.

Litvin sonda deyib ki, əsgərlərin yerinin ləng şəkildə dəyişməsi Putinin qərarından daşındığının göstəricisidir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600