Putin: "Rusiya İranla atom layihələrini davam etdirəcək"

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vəziyyət sabitləşdikdən sonra Moskva İranla atom obyektələrinin inşası üzrə əməkdaşlığı davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasında danışıb.

O qeyd edib ki, Rusiya İranın sülhməqsədli nüvə layihələrinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarının aradan qaldırılmasının vacibliyini anlayır.

“Ümumilikdə, vəziyyət sakitləşəndən sonra iranlı dostlarımızla bu atom obyektlərinin inşası üzrə işi davam etdirməyi nəzərdə tuturuq. Amma burada da İranın sülh məqsədli atom layihələrinin həyata keçirilməsində məhdudlaşdırılmasına dair narahatlıqlarının aradan qaldırılması müəyyən rol oynaya bilər”, – deyə Putin vurğulayıb.

Rusiya lideri əlavə edib ki, Moskva İranla atom energetikası sahəsində əməkdaşlığı davam etdirməyə, o cümlədən zənginləşdirilmiş uran təqdim etməyə hazırdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05