Putin seçicilərə mənzil paylayır – Seçki, yoxsa lotereya?

Rusiyada Dövlət Dumasına seçkilərdə onlayn rejimdə səs verənlər üçün lotereya təşkil olunur.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Moskvada onlayn seçicilər arasında uduşa mənzillərin qoyulduğu ilk elektron lotereya baş tutub.

Məlumata görə, “Milyon priz” adlı ilk lotereyada 10 mənzil oynanılıb və artıq ilk xoşbəxtlər də müəyyənləşib.

Qeyd olunur ki, 12:00-dan sonra qaliblərin mobil telefonuna SMS göndəriləcək. Onlar təşkilatçıların göndərdiyi kodu lotereyanın keçirildiyi saytda aktivləşdirməklə uduşu rəsmiləşdirəcəklər.