"Putin son dərəcə ciddidir və Paşinyanın bu səfərini uzun müddət gözləyib" - “Joxovurd”

media-hightechnic-468x90

Putin Paşinyandan şəxsən izahat almaq üçün Rusiyaya səfərini uzun müddət gözləyib.

Yenicag.az xəbər verir ki, bunu erməni nəşri “Joxovurd” mənbələrə istinadən yazıb. Qəzet yazır ki, Putin Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsən ondan aydınlıq əldə etmək üçün Rusiyaya səfərini uzun müddət gözləyib.

Nəşrin yazdığına görə, Rusiya hakimiyyəti son dərəcə ciddidir və Ermənistan-Rusiya münasibətlərindəki gərgin vəziyyətlə bağlı Paşinyandan aydın cavablar tələb edəcək.

“Ermənistan hakimiyyəti uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil olunan bütün görüşlərdən yayınıb. Lakin belə görünür ki, Paşinyan Rusiya ilə münasibətləri nəhayət pozmaq fikrindən peşman olub və onları bərpa etmək qərarına gəlib. Bu mənada onun Rusiyaya səfərini tarixi adlandırmaq olar”, – qəzet qeyd edib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600