“Putin Ukraynanı qısqanır”
“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin əsas məqsədi öz seçimini və müasir hökumətini qurmağa cəhd edən ukraynalıları qıcıqlandırmaqdır”.
Bu sözləri Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov söyləyib.
O, Putinin Rusiyanın iqtisadiyyatını qorumaq üçün tədbirlər görmək məcburiyyətində qalacağını deyib:
“Putin yenidən təkrar edib ki, Ukraynanın Avropa İttifaqı Assosiasiyasına daxil olduğunda Aİ ilə Ukrayna arasında azad ticarət rejiminin yaradılacağı təqdirdə onlar öz iqtisadiyyatını qorumaq üçün tədbirlər görmək məcburiyyətində qalacaqlar. Görünür, Putin öz ölkəsinin iqtisadi dayanaqlılığına o qədər də inanmır”.