Putin Ukraynanın düşmənidir?

media-hightechnic-468x90

aaGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, Vladimir Putin Ukraynanın düşmənidir.

Siyasətçi bu barədə İnter telekanalına verdiyi açıqlamasında deyib.

Saakaşvilinin sözlərinə görə, separatçıları dəstəkləyən və çeçen döyüşçülərini ölkəyə soxan Ukrayna vətəndaşları satqındır: “İnsanlar var ki, Kadırov tərəfindən göndərilən çeçen qatillərini alqışlayır. Onlar Ukraynanı satanlardır. Qoy onlar öz Rusiyalarına getsinlər. Ukrayna öz torpağını yadellilərə verməməlidir. Başa düşməlisiz ki, sizin alternativ variantınız yoxdur”.

Bundan başqa Saakaşvili Putinin “Biz slavyanıq, hamımız pravoslavıq” sözlərinə şərh verib: “Gürcüstan 4-cü əsrdən pravoslavdır. Rusiya ordusu ölkəmizə girəndə gürcü kilsələrini taladı və dağıtdı. Əgər Putin pravoslavdırsa, onda mən də ağ ayıyam”.

Müsahibəsi zamanı Saakaşvili yeni Ukrayna hakimiyyətinə də tövsiyə verib. Onun sözlərinə görə, yeni Yanukoviçin yetişdirilməməsi üçün bütün dövlət strukturlarında gənc nəslə etibar etmək lazımdır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600