!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putin və Paşinyan arasında telefon danışığı – Nəyi müzakirə etdilər?

!Adviad

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

Məlumatda bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Söhbətdə əsnasında bölgədəki vəziyyətin sabitləşdiyi bildirilib.

“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib və ümumiyyətlə sakit olaraq qalır”, – açıqlamada deyilir.

Həmçinin bildirilir ki, tərəflər arasında enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcək əlaqələr razılaşdırılıb.

www.yenicag.az

410
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100