Putindən adaşına ABSURD TƏKLİF – “Moskvaya gəlsin!”
“Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin” fikri, əslində, Putin tərəfindən qəsdən ortaya atılıb. Çünki o, yaxşı bilir ki, bu, qəbulolunmaz bir təklifdir və Zelenski danışıqlar üçün Moskvaya gəlməyəcək. Belə bir addım faktiki olaraq Ukraynanın kapitulyasiyası kimi qiymətləndirilə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhün əldə olunması üçün Volodimir Zelenskini !hərman şəhər” Moskvaya dəvət etməsinin səbəblərini izah edib.
Onun sözlərinə görə, bu səbəbdən Putin, əslində, sülh danışıqlarından yox, hərbi əməliyyatların davam etdirilməsindən yana mövqe sərgiləyir və hesab edir ki, öz hədəflərinə güc yolu ilə çata bilər:
“Xüsusilə də bu əminlik onda may ayından sonra daha da möhkəmlənib. Çin lideri ilə görüşdən dərhal sonra Putin danışıqlar masasından yayınmaq üçün müxtəlif bəhanələr ortaya atdı. Son Çin səfəri və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində verilən açıqlamalar isə açıq şəkildə göstərdi ki, Putin Qərbdən gələn mesajlara artıq ciddi əhəmiyyət vermək niyyətində deyil. Həmçinin Çin rəhbərliyi ilə yanaşı, Şimali Koreya lideri ilə keçirilən görüşlərdə də Rusiya üçün əlavə dəstək zəmanətlərinin əldə edildiyi görünür. Beləliklə, Putinin görüşə dair fikirləri sadəcə blef və manipulyasiyadır. O, sülh istəmir, əksinə, müharibənin davamını istəyir”.
Rafi Müslümov