Putinə Pokrovsk TƏLƏSİ: Öz generalları prezidenti necə aldadır?"

media-hightechnic-468x90

“Rusiya rəsmiləri prezident Putinə yanlış məlumatlar verirlər”

Bu fikirləri “Yenicag.az”a açıqlamasında politoloq Pərviz Mirizadə bildirib. Politoloq Pokrovsk şəhərinin hazırda Rusiya, yoxsa Ukraynanın nəzarətində olduğu məsələsini geniş şərh edib:

media-img_4562

“Rusiya bir ildən artıqdır ki, Pokrovsk şəhərini işğal etmək üçün aramsız hücumlar həyata keçirir, lakin şəhər ətrafındakı proseslərdə hələ də qeyri-müəyyənlik hökm sürür. Pokrovsk strateji cəhətdən çox əhəmiyyətli mövqeyə malikdir. Şəhərin mühüm nəqliyyat-logistika qovşağında yerləşməsi onu hər iki tərəf üçün həlledici nöqtəyə çevirir.

Hazırkı situasiyada nə Rusiya, nə də Ukrayna şəhərdə tam nəzarəti təmin edə bilməyib. Proseslərlə bağlı ciddi məlumat kirliliyi mövcuddur; hər iki tərəf nəzarətin özündə olduğunu iddia edir. Lakin görünən mənzərə odur ki, tərəflərdən heç biri tam üstünlüyə malik deyil. Rusiyanın bu şəhər uğrunda döyüşlərdə bu qədər ləngiməsi və uğur qazana bilməməsi, məhz Rusiya Silahlı Qüvvələrinin döyüş imkanlarının zəifliyinin göstəricisidir. Pokrovsk kiçik şəhər olsa da, Rusiya burada yüz mindən artıq canlı qüvvə itirib. Bu, bir şəhər üçün həddindən artıq böyük itkidir”.

P. Mirizadə qeyd edib ki, Rusiya rəsmiləri şəhərdə gedən döyüşlərlə bağlı Putini aldadırlar:

“Rusiya ordu rəhbərliyi müxtəlif vaxtlarda Pokrovsk haqqında prezidentə səhv məlumatlar verib. Yekunda Zelenskinin işğal edildiyi iddia olunan ərazilərdən video çəkib paylaşması Rusiya rəsmilərinin Putini aldatdığını faktlarla sübut edir. Bütün hallarda, Pokrovsk istiqamətində bu qədər itkiyə rəğmən nəticənin əldə olunmaması Putinin danışıqlar masasındakı imkanlarını məhdudlaşdıran amillərdən biridir. Hesab edirəm ki, Rusiya gec-tez bu şəhəri ələ keçirəcək. Sadəcə əsas məsələ bu şəhərin Rusiyaya ümumilikdə hansı itkilər hesabına başa gələcəyidir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa