Putini Stalinə və Hitlerə bənzədildi
Litva prezidenti Dalya Qribauskayte Rusiyanın dövlət başçısı Vladimir Putini 20-ci əsrin qanlı diktatorları Stalin və Hitlerə bənzədib.
Qribauskayte “Focus” dərgisinə müsahibəsində deyib ki, Putin ölkələri hərbi yolla ələ keçirmək üçün milliyyət amilindən bəhanə kimi istifadə edir: “Stalin və Hitler də belə etmişdilər. Belə müqayisə tam uyğundur”.
Litva lideri təkcə ukraynalıların deyil, Baltik ölkələri və Polşanın da Rusiyanın təcavüzünə məruz qaldığını vurğulayıb. O bildirib ki, Rusiya qoşunlarının hər həftə Litva ilə sərhəddə, Kalininqrad vilayətində hərbi təlimlər keçirir: “Orada hərbiləşmə çox güclüdür”.