!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qabiliyyət imtahanı ilə bağlı QƏRAR - Qeydiyyat müddəti uzadıldı

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 8 iyun saat 23:59-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, hazırda Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

– cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

– müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;

Qeyd olunan abituriyentlər günün sonunadək verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanları üzrə qeydiyyat ikinci dəfə də aparılacaq. Qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. İkinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:

– qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;

– subbakalavrlar;

– II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

– qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.

2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

www.yenicag.az

275
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100