Qaçqınlarla hərbçilər arasında qarşıdurma yarandı

media-hightechnic-468x90

img1803704Türkiyənin Mardin vilayətində suriyalı mühacirlərlə hərbçilər arasında qarşıdurma yaranıb, dörd hərbçi xəsarət alıb.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, insident suriyalı qaçqınların Mardindəki düşərgəsində 66 nəfərin zəhərlənməsindən sonra baş verib. Bundan sonra düşərgədə iğtişaşlar başlayıb, türkiyəli hərbçilər asayişi təmin etmək üçün müdaxilə etməli olublar.

Nəticədə 17 suriyalı mühacir saxlanılıb.

Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi nəticəsində Türkiyə 1,6 milyon qaçqına sığınacaq verib.

Türkiyənin Fövqəladə Hallarla Mübarizə İdarəsinin (AFAD) məlumatına görə, Ankara suriyalı qaçqınların saxlanılmasına artıq 5,5 milyard dollardan çox vəsait xərcləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600