!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın evinə basqın edildiyini dedi, yalanı ifşa olundu

!Reklam – Yazi

Lənkəran sakini evinə basqın edilməsi barədə polisə yalan məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, qadın axşam saatlarında tək olduğu zaman yaşadığı evə biri qadın, digəri kişi olmaqla 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyi, zor tətbiq edərək pul və qızıl-zinət əşyalarını tələb etdiyi barədə polisə məlumat verib.

Məlumatla əlaqədar araşdırma aparılıb. Polisin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Həmin qadın özü də bilərəkdən yalan məlumat verdiyini etiraf edib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.

www.yenicag.az

172
Ads
www.veteninfo.com
!Reklam – Arxiv