!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" layihəsi uğurla baş çatdı - FOTO

!Reklam – Yazi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda baş tutacaq və iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 26-27 oktyabr tarixlərində Gəncə şəhərində qadınlar və gənclərlə iqlim dəyişmələri və onun təsirləri, yaşıl bacarıqlar və dayanqlı vərdişlər kimi mövzuları əhatə edən layihə icra olunub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” layihəsi çərçivəsində Gender Hub Azerbaijan təşkilatı tərəfindən Millətlər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Qadınların Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth” təcrübəsi əsasında” layihəsinin növbəti təşəbbüsü olaraq qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması, iqlim dəyişmələrinin onlarda yaratdığı çətinliklər barədə məlumatlandırmaq məqsədi ilə 26-27 oktyabr tarixlərində Gəncə şəhərində 50 nəfər qadın və gəncin iştirakı ilə “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması” proqramı baş tutdu.

Gəncə, Şəmkir, Goranboy, Yevlax və Göygöl regionlarından olmaqla ümumilikdə 50 nəfər iştirakçı 2 günlük layihə çərçivəsində 3R davranışları (Təkrar emal, Yenidən istifadə, İstehlakda azaltma) və onların önəmi, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri, COP29 tədbirinin qadınlar və gənclər üçün əhəmiyyəti, yaşıl bacarıqlar və məişətdə yaşıl vərdişlər mövzularında müzakirələr aparmış və praktiki qrup işlərində iştirak ediblər.

Layihə 26 oktyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Müşfiq Cəfərov,  29 nömrəli Orta Məktəbin Biologiya Müəllimi Könül Yusifzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris İşləri üzrə prorektoru Əhməd Məlikov və Gender Hub Azerbaijan təşkilatının sədr və icraçı direktoru Məryəm Məcidovanın açılış nitqləri ilə başlayıb. Daha sonra ekspertlər və təlimçilərin yaşıl bacarıqların inkişafı, dayanıqlı davranışlar və onların əhəmiyyəti, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri mövzularında təqdimatları baş tutub. Layihə “yaşıl vörkşop”larla yekunlaşıb.

Qeyd edək ki,  layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Gender Hub Azerbaijan və Millətlər Birliyinin birgə əməkdaşlığı ilə “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması” həyata keçirilib..

 

COP29

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv