Qadınları belə sünnət edirlər-Fotolar
Afrika ölkələrində keçirilən və insan hüquqlarına zidd sayılan, çoxlu mübahisəyə səbəb olan qadın sünnəti mərasimindən yeni fotolar görüntülənib.
“Reuters”in foto müxbiri Siegfried Modola Keniyada təşkil edilən belə mərasimlərdən birini və sünnət olmağı gözləyən kiçik qızları çəkib.
Keniyanın Pokot qəbiləsinə gedən fotomüxbirin bu fotolarında qızların ağladığı və qorxu dolu anlar yaşadığı əks olunub.
Qadın sünnəti 3 il əvvəl ölkədə qadağan olunsa da, bir çox qəbilələrdə bu ənənə hələ də davam etdirilir və “qadınların evliliyə keçid”i kimi qəbul edilir. Məhz bu sünnətdən sonra qızlar ərə gedə bilər. Buna razı olan ailələr sünnət zamanı yaşanan acının qadına güc verdiyinə inanırlar.
Qadın sünnəti heyvan dərisinə bürünmüş və ağ rəngə boyanmış qızların klitoru və cinsi orqanının xarici qismindən kəsilməsidir. Bundan sonra qadınların cinsi istəyini azaltmaq üçün vaginaları tikilir.
Qadınlar sünnət olunduqdan sonra iri daşın üzərində çöməlib otururlar.