!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınların minimum əmək haqqına işləmək MƏCBURİYYƏTİ: “Kişilərlə müqayisədə onların...”

!Reklam – Yazi

“Azərbaycanda qadınların iqtisadiyyatdakı əməyi kifayət qədər qiymətləndirilmir”.

Bu fikirləri ölkədə qadınların orta aylıq əməkhaqqının az olmasına münasibət bildirən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, qadınların orta aylıq maaşının kişilərə nisbətən az olması minimum əmək haqqına işləyən qadınların sayının çoxluğu ilə bağlıdır:

“Dayanıqlı İnkişaf Hesabatına görə, Azərbaycanda qadınların iqtisadiyyatda iştirakçılığı yüksəkdir. Həmin hesabata əsasən, ölkədə ümumi işçi qüvvəsinin 48,3 faizini qadınlar təşkil etsə də, onlar daha aşağı vəzifələrdə təmsil olunurlar.

Minimum əmək haqqına çalışan xanımların sayı çox olsa da, kişilər bu məbləğə qane olub işləmirlər. Çünki ailə xərclərini qarşılamaq üçün kişilərin üzərinə daha çox məsuliyyət düşür.

O baxımdan, xanımlar işsiz qalmamaq üçün minimum əmək haqqına razı olurlar. Eyni zamanda, gündəlik 8-10 saat işləyib minimum əmək haqqı səviyyəsində maaş alan xanımların sayı da çoxdur. Hesab edirəm ki, bu, ədalətsiz sistemdir. Azərbaycanda qadınların iqtisadiyyatdakı əməyi kifayət qədər qiymətləndirilmir”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv