“Qafqazinfo” güclü hakker hücumuna məruz qalıb

media-hightechnic-468x90

96393“Qafqazinfo”ya yenidən hakker hücumları başlayıb. Təxminən ötən ayın sonlarından başlayan hücum son günlər daha da şiddətlənib. Belə ki, bu gecə sayta saniyədə 150 min packets/s hücum gəlib. Nəticədə isə “Qafqazinfo”nun serverlərindən biri bloka düşüb.
Hücumdan qorunmaq üçün portalın İT xidməti təhlükəsizlik tədbirlərini artırıb. Bu səbəbdən ölkə xaricindən sayta girişə qadağa qoyulub. Ölkə daxilində də tez-tez girişdə problemlər yaranır.

Qeyd edək ki, sayta hücumlar hazırda da davam edir. “Qafqazinfo” oxucularından yaranmış problemə görə üzr istəyir və çalışır ki, sayt tezliklə əvvəlki vəziyyətinə qayıtsın.

Bir daha oxucuların nəzərinə çatdıraq ki, “Qafqazinfo” hakker hücumlarına ən çox məruz qalan saytlardan biridir. Demək olar, ildə bir neçə dəfə bu cür “sürpriz”lərlə qarşılaşırıq. Lakin son günlər hücumların intensivləşməsini təsadüf hesab etmirik və mənbəyi ilə bağlı araşdırmalar aparmağa çalışırıq. Müvafiq qurumlardan isə bu məqamda bizə dəstək olmalarını gözləyirik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600