QAİ Argentina Prezidentini sərt tənqid etdi

media-hightechnic-468x90

Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndirdiyi qərəzli fikirləri kəskin şəkildə pisləyib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a İcmadan bildirilib.

“Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya son vaxtlar “parlamaqda” olan Luis Okampo, Xuan Mendez kimi azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir”, – icmadan bildirilib.

Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırıb.

“Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”, – İcmada qeyd edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05