Türkiyə Super Liqasının 9-cu turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən açılan xoreoqrafiyaya görə cinayət işi açılıb.
Yenicag.az xəbər verir ki, pankartda “Ayağ qalx” sözləri birmənalı qarşılanmayıb və matçda nümayiş etdirildiyi andan müzakirələrə səbəb olub.
Məsələ burasındadır ki, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən də qruplaşma üzvlərini təlimatlandırarkən “Ayağ qalx” sözlərindən istifadə edib.
Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, Türkiyənin baş naziri Binəli Yıldırırımın təlimatına əsasəsən sözügedən xoreoqrfaiyaya görə, cinayət işi açılıb.