Türkiyədə BÖYÜK ƏMƏLİYYAT – 10 FETÖ üzvü SAXLANILDI

media-hightechnic-468x90

Türkiyənin Mersin vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 10 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Mersin Respublika Baş Prokurorluğunun rəhbərliyi və texniki nəzarət tədbirləri əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, təşkilatın “imam köməkçiləri” kimi tanınan şəxslər vasitəsilə FETÖ üzvləri hələ də maliyyələşdirilir və təşkilati əlaqələr davam etdirilir.

Məlumata görə, FETÖ lideri Fətullah Gülənin vəfatından sonra saxta vəsiyyətnamə əsasında “anım mərasimi” adı altında gizli görüşlər təşkil edilib. Araşdırmalar zamanı təşkilatın yüksək vəzifəli nümayəndələri tərəfindən üzvlərə maddi yardım göndərildiyi və bu vəsaitin gizli şəkildə çatdırıldığı da müəyyən olunub.

Prokurorluğun göstərişi ilə Mersin Vilayət Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Mersin, Ankara, Antalya, Hatay və Çorumda ümumilikdə 12 ünvanda əməliyyat həyata keçirilib. Nəticədə 10 şübhəli saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilmiş digər 3 nəfərin axtarışı isə davam edir.

Göycə Göycəyev

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600