“Qalatasaray”ın yeni baş məşqçisi məlum oldu

media-hightechnic-468x90

riekerink-745x369Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı bəlli olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Yan Olde Rikerinkdir. İdarə Heyətinin qərarına əsasən, hollandiyalı mütəxəssis mövsümün sonunadək “sarı-qırmızılar”a rəhbərlik edəcək.

Qeyd edək ki, “Cim-Bom”un başına Bülent Korkmazın gətiriləcəyi gözlənilsə də, tərəflər razılaşa bilməyib. Korkmaz İstanbul klubunun rəhbərliyindən 1,5 illik müqavilə istəsə də, klub yalnız mövsüm sonuna qədər onunla çalışacağını deyib.

Xatırladaq ki, Yan Olde Rikerink bu təyinatadək “Qalatasaray”ın aşağı yaş qrupları üzrə mütəxəssis kimi çalışıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa