“Qanlı Ay” hadisəsi nə zaman baş verəcək? – Tarix açıqlandı

media-hightechnic-468x90

Növbəti Ay tutulması hadisəsi martın 2-si və 3-nə təsadüf edəcək.

media-banner_tuq

Yenicag.az bildirir ki, bu barədə “Star Walk” portalı xəbər yayıb.

Qarşıdan gələn “Qanlı Ay”, yəni tam Ay tutulması hadisəsi 2026-cı il martın 2-dən 3-nə keçən zaman kəsiyində reallaşacaq. Qlobal koordinatlaşdırılmış vaxtla (UTC) Ayın tam qızarması martın 3-də saat 11:04-dən 12:03-ə qədər davam edəcək, tutulmanın pik nöqtəsi isə saat 11:33-də qeydə alınacaq.

Təbiət hadisəsi Amerika Birləşmiş Ştatlarının ərazisinin böyük qismində səhər saatlarında, Günəş doğmazdan öncə, Şərqi Asiya və Avstraliyada isə 3 mart axşamı müşahidə olunacaq. Yeni Zelandiya sakinləri isə bu mənzərəni martın 4-ü gecəyarısı izləyə biləcəklər. Qeyd edək ki, bundan sonrakı tam Ay tutulması yalnız 2028-ci ildə baş tutacaq.

Nadir astronomik hadisənin müxtəlif coğrafi ərazilərdə görünüb-görünməyəcəyini dəqiqləşdirmək üçün “Sky Tonight” tətbiqindən istifadə etmək mümkündür./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05