“Qanlı yanvar” filmi Türkiyədə böyük maraqla qarşılandı
Xocalı soyqırımının ildönümündə İstanbulda rejissor Vahid Mustafayevin “Qanlı yanvar” filmi böyük coşqu ilə qarşılandı. Çox böyük təəsüratlarla yadda qalan qala gecəsindən sonra film artıq tamaşaçıların ixtiyarındadır.
Yenicag.az anspress-ə istinadən bildirir ki, kinorejissor Vahid Mustafayevin çəkdiyi “Qanlı yanvar” filmi bugundən etibarən Türkiyənin bütün şəhərlərinde vizyona girir. Ümumilikdə Türkiyənin 50-yə yaxın kino salonlarında yayımlanacaq filmə diqqət çox böyükdür. Artıq Türkiyənin 20-dən çox şəhərində mərkəzi küçələrdə filmin posterləri asılıb.
Artıq qala gecəsinde filmi izləyən istanbulluların təəsüratları isə qururverici idi. İstanbulda Konyon Cinemaksimum salonunda baş tutan və Azərbaycandan, Türkiyədən dövlət rəsmiləri, iş adamlarının qatıldığı qaladan hər kəs məmnun görünürdü.
Filmin çəkiliş heyəti izləyicilər tərəfdən rəğbətlə qarşılandı və istanbulluların təbrik məsajlarını qəbul etdilər.
Türkiyə vətəndaşı Hakan Bulud: “Keçmidə baş verənləri bu gün insanlara çatdırmaq baxımından çox gözəl bir filmdir”.
Azərbaycanlı Ramin Nuriyev: “İlk dəfə idi ki, bu hissləri burada yaşadım. Həqiqətən də Azərbaycanda baş verən soyqrımları, şəhidlərimizin ruhunu bundan da yaxşı bütün dünyada nümayiş etdirmək hər bir Azərbaycan övladının borcudur”.
Türkiyə vətəndaşı Seçil Yartaşı: “Mənim qonaqlarım və dostlarım hamısı bu filmə baxandan sonra filmi çox bəyəndilər, yaxşı ki, gəldik və izlədik”.
Filmin nümayişindən sonra rejissor Vahid Mustafayev də təəsüratlarını bizimlə bölüşdü:
“Ümumiyyətlə xarici ölkədə bu ilk nümayişdir. Amma demək olmaz ki, Türkiyə bizim üçün xarici ölkədir. Türkiyə bizim qardaşlarımızın ölkəsidir. Bizə çox yaxın olan bir ölkədir. İş burasındadır ki, bizim bütün problemlərimiz və məqsədlərimiz də eynidir. İki dövlət bir xalqıq. Belə də olmalı idi. Düşünürəm ki, Azərbaycanda olan həyacanla, Türkiyədə olan həyacan arasında bir fərq yoxdur, ola da bilməz”.
“Qanlı yanvar” filmin seyr edən şəxslərdən aldığımız müsahibələrdə bir faktın şahidi olduq – bir qisim ağlayır, digər bir qismi isə qürurlanır. Hər kəs bu filimin təsir altında idi. Amma hər kəsin də bir arzusu var idi. Azərbaycan hər zaman müstəqilliyini qoru və müstəqil ol.
“Qanlı yanvar” filminin Türkiyədə keçirilən qala gecəsi və nümayişi “Palmali” şirkətinin dəstəyi və sponsorluğu ilə həyata kecirilib. Filmin qala gecəsi Türkiyənin bəzi telekanalları vasitəsilə, o cümlədən ANS TV-də canlı olaraq yayımlanıb.