!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz ov edən qrup saxlanıldı - Göygöldə

!Reklam – Yazi

Göygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Göygöl rayon sakinləri – Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Qeyd edək ki, saxlanılanlar qohumdur. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri, ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

8944
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv