Qanunsuz reklamların qarşısının necə alındığı AÇIQLANIB

media-hightechnic-468x90

Azərbaycanda qanunsuz reklamların qarşısının necə alındığı açıqlanıb.

Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İmmiyə Zamanova Yenicag.az-a açıqlamasında deyib ki, qeyri-qanuni reklamların qarşısının alınması məqsədilə ADRA mütəmadi olaraq monitorinqlər həyata keçirir:

“Aşkar edilən icazəsiz reklamlarla bağlı əvvəlcə maarifləndirici tədbirlər görülür, sahibkarlara xəbərdarlıq edilir və reklamların qanunvericiliyə uyğunlaşdırılması üçün müddət verilir. Əgər bu müddət ərzində pozuntu aradan qaldırılmazsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər görülür, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilir.

Bu cür hallara görə məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsi ilə tənzimlənir və  həmin maddəyə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması halında fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 1 500–2 500 manat, hüquqi şəxslər isə 5 000–10 000 manat məbləğində cərimə olunur”, – deyə o bildirib.

Xatırladaq ki, ötən gün “Sədərək” Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüblər.

İnsidentə səbəb Agentlik əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub. Mühafizəçilərin fiziki şiddəti ilə qarşılaşan reklamçılar Ticarət Mərkəzindən qovulublar.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa